Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib
- 20.08.2022, 09:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib".
Telexeber.az xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib.
O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib:
"Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib".