Xəzər dənizində batan şəxsin meyiti tapıldı
- 22.08.2022, 10:08,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəzər dənizində ötən gün batan şəxsin meyiti tapılıb.
Bu barədə Telexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.