Oksana və Şəhriyar BOŞANDI
- 07.09.2022, 11:25,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Aktrisa Oksana Rəsulova həyat yoldaşı Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb. Oksana bildirib ki, onlar nikahlarını bir il əvvəl pozub:
"Dəyərli izləyicilər, sizinlə möhüm bir mövzunu paylaşmaq istəyirik. Bunu ona gorə sizinlə bölüşürük ki, hər zaman mənə və Şəhriyara dəstək olmusuz, bunu bilmək haqqınızdır. Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.
Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər arvad olmağa çalışdıq alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun", - deyə o qeyd edib.