Ağdamda axtarışda olan şəxs stasionar postda saxlanılıb
- 07.09.2022, 11:32,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sentyabrın 5-də saat 22 radələrində Bakı-Qazax yolunun 189-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda Cinayət Məcəlləsinin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan Eldəniz Baxışovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.
Telexeber.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
O, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Polis əməkdaşları tərəfindən avtomobildə olan sərnişin - Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş M.Hacıyevin isə narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o da polis şöbəsinə təhvil verilib. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.