Paytaxtda 2 uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Paytaxtda 2 uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOPaytaxtda 215 nömrəli və “Çiçək” körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Telexeber.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan “Çiçək” körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında İdarənin müdiri Mehriban Vəliyeva iştirak edib.


1967-ci ildən fəaliyyət göstərən bağçada hazırda 7 qrup var. Bağçada 2 yaşdan 6 yaşadək 100 uşağın təlim-tərbiyəsi ilə 35 nəfər məşğul olur.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə əsaslı təmirdən sonra istifadəyə verilən bağça ilə yaxından tanış olublar.

Binəqədi rayonunda yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçası 1981-ci ildə fəaliyyətə başlayıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb.

Hazırda bağçada 2 yaşdan 6 yaşadək 154 uşağın təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət peşəkar heyət məşğul olur.
Paytaxtda 2 uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO
Paytaxtda 2 uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO
Популярный ролик