Bu dərman tapılmır, 1 manatdan 200 manata qalxıb - Deputat
- 12.10.2022, 09:14,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mənə bir neçə həkim zəng edərək ciddi bir problemdən bəhs edib. Adrenalin nədir ki, tapılmasın? Buna görə müəyyən cərahiyyə əməliyyatları təxirə salınır. Adrenalin apteklərdə 1 manat 50 qəpiyə satılırdı, indi 150-200 manat olduğu bildirilir".
Telexeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, eyni zamanda Qlükoza, Natrium xlorid, fizioloji dərmanlar tapılmır:
“Mən araşdırma zamanı gördüm ki, bu dərmanları gətirmək üçün böyük prosedur qaydaları keçmək lazımdır. Eyni zamanda daha ciddi problem Rusiya-Ukrayna müharibəsidir. Əgər bu dərmanlar Türkiyədə satılırsa, onu rahat Azərbaycana gətirib, problemi həll edə bilərik”.