"Prius"da bıçaqlanma görüntüləri araşdırılır
- 18.11.2022, 09:51,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Sosial şəbəkələrdə avtomobildə sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər barədə məlumatlıyıq, araşdırma aparılır".
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd edək ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunda qeydə alınıb. Belə ki, "Toyota Prius" markalı minik avtomobilindəki sərnişin bıçaqlandıqdan sonra hərəkətdə olan maşından düşərək hadisə yerindən uzaqlaşmağa çalışır.