Qanunsuz erməni silahlıları Ordumuzun Füzuli və Xocavənddəki mövqelərini atəşə tutdu
- 21.11.2022, 17:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.