Vergi uçotunu necə ləğv etmək olar?
- 24.11.2022, 08:56,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Vergi Məcəlləsinə əsasən, vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə şəxsin uçotda olduğu vergi orqanına və ya vergiödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə ərizə təqdim edilə bilər.
Telexeber.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.
Qeyd olunub ki, uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.