Safura mərhum nazir olan qaynatasının şəkillərini paylaşdı - FOTOLAR
- 24.11.2022, 10:55,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə mərhum qaynatası, keçmiş energetika naziri Natiq Əliyevin fotolarını paylaşıb.
Telexeber.az xəbər verir ki, o mərhumun nəvəsi ilə olan fotolarını instaqram hesabından paylaşıb.
Qeyd edək ki, Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var.
Xatırladaq ki, Natiq Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. Həmin ilin 9 iyun tarixində Natiq Əliyev İstanbulda vəfat edib.

