İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır XƏSARƏT ALDI
- 28.11.2022, 08:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
Telexeber.az "APA"ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.
Bu zaman onun başı hovuzun kənarına çırpılıb.
O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.
Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.