Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdıTürkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə hərbi təlimləri izlədikdən sonra vacib açıqlamalar verib.

Telexeber.az xəbər verir ki, nazir Zəngəzur dəhlizinin açılmasının vacib olduğunu diqqətə çatdırıb:



"Liderlərimizin davamlı sülh və əmin-amanlıq üçün səyləri hamı tərəfindən dəstəklənməlidir. Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində səmimi səyləri dəstəkləyirik. Bizim ən səmimi arzumuz regionda dəmir yolu və avtomobil əlaqələrinin bərpası, xüsusilə də Zəngəzur marşrutunun açılması, regionda hərtərəfli normallaşmanın təmin edilməsidir", - Türkiyənin müdafiə naziri vurğulayıb.
Популярный ролик