Biləsuvarda evdə yanğın: Meyit tapılıb
- 20.12.2022, 09:36,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Biləsuvarda evdə yanğın olub.
Telexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.