Beyləqanda qumar oynayanlar cərimələndi; təşkilatçı həbs edildi
- 20.12.2022, 11:08,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Beyləqanda qumar oynayanlar cərimələnib, təşkilatçı həbs edilib.
Bu barədə Telexeber.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.