Polis idarəsinə niyə telefonla daxil olmaq olmaz? - RƏSMİ AÇIQLAMA
- 21.12.2022, 08:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.
Telexeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O, bunun səbəbini də açıqlayıb:
"Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür".