Bakıda küçəyə atılan üç aylıq körpəninin anası danışıb.
Telexeber.az Xəzər Xəbər-ə istinadla xəbər verir ki, qadının sözlərinə görə, övladı doğma atası tərəfindən küçəyə atılıb. Onun sözlərinə görə, onun hazırda 32 yaşı var və indiyədək üç dəfə ailə həyatı qurub, sonuncu evlilikdən isə bu uşaq dünyaya gəlib.
Qadın yoldaşı ilə ayrıldığını və uşağın atasının arada körpəni görmək üçün onlara gəldiyini bildirib: “Evə gələndə gördüm ki, uşağım yoxdur”.