İş zamanı "tok" vuran "Azərişıq" əməkdaşlarından ikincisi də ölüb - FOTO
- 26.12.2022, 10:55,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, 10 gün öncə "Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.
Telexeber.az xəbər verir ki, C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Mustafayev də dünən vəfat edib.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Fotoda: Ceyhun Nəbiyev

Fotoda: Elşən Mustafayev