Aksiya bəhrəsini verir: Ermənilər geri addım atdı

Aksiya bəhrəsini verir: Ermənilər geri addım atdıQarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır.

Telexeber.az Trend-ə istinadən xəbər verir ki, yataqların qanunsuz istismarını həyata keçirən Base Metal şirkəti mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib.


Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Популярный ролик