Azərbaycanda sabiq nazir VƏFAT ETDİ

Azərbaycanda sabiq nazir VƏFAT ETDİNamiq Nəsrullayev 78 yaşında dünyasını dəyişib.

Telexeber.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.


Qeyd edək ki, Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.

N. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.

Xatırladaq ki, o, Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur.
Azərbaycanda sabiq nazir VƏFAT ETDİ
Популярный ролик