Bakı metrosunda maşinist sükan arxasında ÖLDÜ - YENİLƏNİB
- 23.01.2023, 10:20,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.
Telexeber.az-ın məlumatına görə, məlumatda qeyd edilib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:
"Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".
09:25
Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.
Telexeber.azAPA-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.