Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - Xəsarət alan var
- 25.01.2023, 10:36,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.