"Niva"nın çaya aşması nəticəsində ölən şəxs polkovnik-leytenant imiş - FOTO

Xəbər verdiyimiz kimi, dünən Kəlbəcərin Qılınclı kəndi ərazisində "Niva” markalı avtomobil idarəetməni itirərək Tərtər çayına aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev polkovnik-leytenant olub. O, bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.

21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq.
  • Нравится
  • 0
Во всех деталях на сайте

xbox 360 все игры
действия
Популярный ролик