İş axtaranların və bank kartı olanların nəzərinə: Bunu etməyin

Ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara məşhur şirkətlərin adından iş təklifləri göndərilir və saxta keçidlər vasitəsilə fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Telexeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, saxta keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.
Популярный ролик