İllərdir çalışdığı hədəfə çatdı - Qorxunc gücü əldə etdi / FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya pilotsuz sualtı nüvə hücum vasitəsi “Haeil-2”ni uğurla sınaqdan keçirib.
Telexeber.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi dairələri açıqlama verib. Bildirilib ki, “Haeil-2” təsirli hücum qabiliyyətini sübut edib. Açıqlamada deyilir ki, Cənubi Hamgyong bölgəsindəki limandan buraxılan və min kilometr məsafəni 71 saat 6 dəqiqəyə qət edən vasitə uğurla hədəfə çatıb. Bildirilib ki, hücum vasitəsi ölkənin hərbi potensialını gücləndirəcək. Həmçinin vurğulanıb ki, silahın sınağı ölkənin sualtı strateji silah sisteminin etibarlılığını və ölümcül hücum qabiliyyətini mükəmməl şəkildə sübut edib.
Qeyd edək ki, silahın məqsədi sualtı partlayış nəticəsində geniş miqyaslı radioaktiv sunami törətməklə düşmənin donanmasını və limanlarını məhv etməkdir. ABŞ və bir sıra dövlətlər Şimali Koreyanın sınaqlarına qarşı çıxıb.