ABŞ-ın döyüş gəmisi Çinin hökmranlıq etdiyi sulara girdi
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi “USS Milius” Cənubi Çin dənizində Çinin hökmranlıq etdiyi sulara daxil olub.
Telexeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələri məlumat verib. Bildirilib ki, ABŞ Cənubi Çin dənizində dəniz hüquqlarını, azadlıqlarını və dənizdən qanuni istifadəni dəstəkləmək üçün “naviqasiya azadlığı” adlı əməliyyata başlayıb. Məlumata görə, döyüş gəmisi beynəlxalq hüquqa uyğun olaraq Cənubi Çin dənizindəki Spratli adaları yaxınlığında mövqe tutub. Məlumata görə, gəmi Tayvan adasının cənubundan 1400 kilometr aralıda üzür.
Qeyd edək ki, Tayvan lideri Tsai İnq-venin ABŞ-a səfəri Çin tərəfindən narazılıqla qarşılanıb. Çin döyüş təyyarələri və döyüş gəmiləri Tayvan ətrafında hərbi təlimləri davam etdirir.