Ermənistanın təxribat törətdiyi vaxtda İrandan sərhəddə xain addım
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın kəşfiyyat PUA-ları Azərbaycanla sərhəddə uçuşlar həyata keçirib.
Telexeber.az xəbər verir ki, bu barədə İranın SEPAH-a yaxın bir sıra “Telegram” kanalları məlumat yayıb. Məlumatda deyilir ki, dronlar kəşfiyyat missiyaları yerinə yetirmək üçün ölkənin şimal-qərbində uçurlar. İranın bu həmləsinin Ermənistan ordusunun təxribat törətdiyi vaxta təsadüf etməsi diqqət çəkir.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub. Ermənistan ordusu da çox sayda itki verib.