"Taxıl müqaviləsinin uzadılması perspektiv vəd etmir" - Peskov

“Taxıl müqaviləsinin uzadılması perspektiv üçün parlaq təklif kimi görünmür”.

Telexeber.az xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov edib. O sazişlərin ikinci hissəsində düzəlişlər edilməsini istisna edib. Xatırladaq ki, qaxıl müqaviləsinin ikinci hissəsi Rusiyaya ərzaq və gübrələrinin ixracı ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Rusiya və Ukrayna arasında Türkiyə və BMT ilə birlikdə taxıl müqaviləsi 2022-ci ilin yayında razılaşdırılıb. Müqavilə taxıl ixracı üçün Ukrayna limanlarının açılmasını və Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılmasını nəzərdə tutur.
Популярный ролик