Rəisi İsraili təhdid etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
“İsrailin İranın təhlükəsizliyinə qarşı hər hansı hərəkəti Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxaracaq”.
Telexeber.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi belə açıqlama verib. Rəisi paytaxt Tehranda keçirilən Ordu Günü paradındakı çıxışında bildirib ki, İran ordusu inqilab əleyhdarı ünsürlərə, təkfirçi qruplara və düşmənlərə qarşı güclü maneədir. Başda ABŞ olmaqla qeyri-regional qüvvələrin Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olduğunu deyən Rəisinin sözlərinə görə, həmin qüvvələr bölgəni tərk etməlidir.
Rəisi İran Silahlı Qüvvələrinin bölgədə olmasının təhlükəsizliyə töhfə verdiyini iddia edib.