Ukrayna ordusu Baxmutun mərkəzindən çəkildi
Facebook
Вконтакте
Одноклассники
Google+

Ukrayna hərbçiləri Baxmutun mərkəzindən çəkilib. Ukrayna Silahlı Qüvvələrinin Baxmutdakı əsgərləri dəmiryolunun qərbində yeni mövqelər tuturlar.
Telexeber.az-ın xəbərinə görə, bu barədə Bild nəşri məlumat yayıb.
Jurnalist Yulian Repke yazır ki, ukraynalı müdafiəçilər dəmiryol relslərindən qərbə çəkiliblər və Rusiya qüvvələrinin Baxmutun qərb sərhədlərinə çatmasına təxminən 2 km qalıb.