Hürjet ilk uçuşunu həyata keçirdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən Türkiyənin ilk reaktiv mühərrikli təlim və yüngül hücum təyyarəsi Hürjet ilk uçuşunu həyata keçirib.
Telexeber.az DHA-ya istinadən xəbər verir ki, test uçuşu uğurlu alınıb. Məlumata görə, tək mühərrikli Hürjet tandem kokpiti və müasir avionik dəsti ilə üstün performansa malikdir. Bildirilir ki, Hürjet Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan T-38 və akrobatika nümayişlərində istifadə edilən F-5 təyyarələrini əvəz edəcək.