Moskvada PUA-ların havaya qaldırılması qadağan olundu
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gündən etibarən Moskvada dövlət orqanlarının qərarları ilə istifadə edilən PUA-lar istisna olmaqla, pilotsuz uçuş aparatlarının istifadəsində qadağa tətbiq edilib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
“Qərar hüquq-mühafizə orqanlarının işini çətinləşdirə biləcək PUA-lardan icazəsiz istifadənin qarşısını almaq üçün qəbul edilib. Xatırladıram ki, PUA-nın icazəsiz buraxılması cinayətdir və inzibati və cinayət məsuliyyətinə səbəb olur”, - deyə Sobyanin vurğulayıb.
Paytaxt Moskvanın ardınca Moskva vilayətində PUA-lardan istifadə qadağan olunub. Vilayət qubernatorunun müvafiq qərarı ilə PUA-ların uçması üçün icazələrin verilməsi qadağan olunub.