ABŞ Şimali Makedoniyanın Avropa Birliyinə üzvlüyünü dəstəklədi
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Dövlət Departamenti Şimali Makedoniyanın Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini açıqlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Şimali Makedoniyanın baş naziri Dmitar Kovaçevski və xarici işlər naziri Bujar Osmani ilə görüşüb.
“Nazir Blinken və baş nazir Kovaçevski ABŞ-ın Şimali Makedoniyanın Avropa Birliyinə üzvlüyünə güclü dəstəyini və Şimali Makedoniyanın Balkan regionu üçün əhəmiyyətini vurğuladılar”, - Miller açıqlamasında bildirib.
Blinken Şimali Makedoniyanın Balkan regionunda sülh və sabitliyə verdiyi töhfənin əhəmiyyətini vurğulayaraq, ABŞ və Şimali Makedoniya arasında güclü əməkdaşlıq və ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Antoni Blinken sosial mediada “Müttəfiqimiz Şimali Makedoniyanın Avropa Birliyinə üzvlük və enerji diversifikasiyası səylərini dəstəkləmək üçün Baş nazir Dkovaçevskini Vaşinqtonda qəbul etməkdən məmnun oldum” sözlərini yazıb.