Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin lideri Kamal Kılıçdaroğlunun onu debata çağırmasına münasibət bildirib.
Telexeber.az xəbər verir ki, o, CNN Türk və Kanal D-yə müsahibəsində bildirib ki, Kılıçdaroğlu ilə müzakirə ediləcək məsələ yoxdur:
“Debata dəvət edirsən. Televizorda mənimlə nə danışacaqsan? Ortaya qoyduğun hansısa layihən yoxdur.Bundan əlavə vizyonun yoxdur. Artıq elə bir siyasi duruma düşmüsən ki, Kandildən gələn təlimatları yerinə yetirə bilmək üçün Kandilin parlamentdəki dəstəkçilərindən səs istədin”.