Hindistanın Odişa əyalətində qatar və yük qatarının toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.
Telexeber.az "The Guardian"a istinadən xəbər verir ki, qəza dünən yerli vaxtla saat 19:20 radələrində Bahanaga Bazaar stansiyası yaxınlığında baş verib.
Son məlumatlara görə, ölənlərin sayı 288-dir. Yaralananların sayı dəqiq bilinmir.