Ukraynanın Kahovka bəndindəki partlayış bütün dünyada narahatlıq doğurub.
Telexeber.az xəbər verir ki, bənd sularının Zaporojya Atom Elektrik Stansiyasına təhdid ola biləcəyi bildirilib. Bu hadisələr isə Baba Vanqanın 2023-cü il üçün verdiyi “nüvə fəlakəti” proqnozunun yenidən gündəmə gəlməsinə səbəb olub. Baba Vanqanın 2023-cü il üçün irəli sürdüyü əsas proqnozları təqdim edirik.
Dünyanın trayektoriyası dəyişəcək
Vanqa 2023-cü ildə Yerin orbitində müəyyən mənada dəyişiklik olacağını proqnozlaşdırsa da, bunun təfərrüatları barədə danışmayıb. Elm adamları bildirilir ki, Yerin orbitindək dəyişiklik dağıdıcı nəticələrə səbəb ola bilər. Çünki planetin orbitindəki ən kiçik dəyişiklik belə iqlim və dəniz səviyyəsində arzuolunmaz və son dərəcə zərərli dəyişikliklərə səbəb ola bilər.
Bioloji silahlar
Vanqanın “böyük ölkənin” insanlar üzərində bioloji silah tədqiqatları aparacağını və bunun da minlərlə insanın ölümü ilə nəticələnəcəyini proqnozlaşdırıb.
Günəş sunamisi
Vanqanı başqa proqnozu isə Yer planetində indiyədək heç vaxt görülməmiş miqyasda güclü Günəş fırtınası olacağı ilə bağlıdır. Günəş fırtınası nəticəsində yerdə və kosmosda bir sıra sistemlər sıradan çıxa bilər. Bəzi ekspertlər bildirirlər ki, bu böyüklükdə partlayışlar dünyanı qaranlığa qərq edə bilər.
Laboratoriyada uşaqlar yaradılacaq
Vanqanın proqnozuna görə, 2023-cü ildə təbii doğumlar qadağan ediləcək. Körpələr laboratoriyada dünyaya gələcək.
Nüvə fəlakəti
Vanqanın 2023-cü il üçün proqnozları arasında, atom elektrik stansiyasında partlayış olacağı da var.