Britaniya qırıcıları Rusiya sərhədinə yaxınlaşdı

Rusiya təyyarələri Qara dənizdə hava məkanına yaxınlaşan Böyük Britaniyanın döyüş təyyarələrinin qarşısını alıb.

Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Britaniyanın iki döyüş təyyarəsinin ölkənin hava məkanına yaxınlaşmasından sonra Rusiyaya məxsus döyüş təyyarələri havaya qaldırılıb.


Məlumata görə, rus qırıcılarının havaya qalxmasından sonra Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Typhoon” təyyarəsi geri qayıdıb. Rusiya Britaniya təyyarələrinin müşayiət etdiyini və sərhəd pozuntusunun olmadığını bildirib.

Qeyd edək ki,Ukrayna müharibəsindən sonra NATO və Rusiya döyüş təyyarələri Qara dəniz və Baltik dənizləri ətrafında tez-tez üz-üzə gəlir.
Популярный ролик