"Üçüncü dünya müharibəsi başlasa, qaliblər olmayacaq" - Medvedev
Facebook
Вконтакте
Одноклассники
Google+
"Üçüncü dünya müharibəsi başlasa, heç kimə qələbə gətirməyəcək. Yer kürəsinə epidemiyalar və aclıq gələcək".
Telexeber.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Rossiyskaya qazeta" üçün məqaləsində bildirib.
Medvedev qeyd edib ki, milyonlarla şəhərin xarabalığa çevrildiyi, həddindən artıq elektromaqnit impulsuna görə elektrik enerjisinin olmadığı dünyada qələbə mümkün deyil.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, dünya Karib böhranı zamanı olduğundan daha pis bir qarşıdurma içərisindədir.
"Çünki bizim rəqiblərimiz ən böyük nüvə dövlətini - Rusiyanı həqiqətən məğlub etmək qərarına gəliblər”, - Medvedev deyib.
Onun fikrincə, Qərblə qarşıdurma mərhələsi çox uzun olacaq.
"Qarşıdurma onilliklərlə davam edəcək", - Medvedev xəbərdarlıq edib.