"Sabitliyi bərpa edin" - Makron hökuməti topladı
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransada 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar davam edir.
Telexeber.az xəbər verir ki, nümayişçilər yenidən polislə toqquşub. Hadisələrdə saxlanılanların sayı 3000-i ötüb. Prezident Emmanuel Makron etirazlarla bağlı hökumətin iclasını çağırıb. Toplantıda aksiyalara qarşı tədbirlər həmçinin fövqəladə vəziyyətin elan edilməsi müzakirə edilib. Makron sabitliyi bərpa etmək üçün hökuməti qəti tədbirlər həyata keçirməyə çağırıb.
Qeyd edək ki, Fransanın bir sıra şəhərlərində komendant saatı tətbiq edilib. Bəzi şəhərlərdən etirazların keçirilməsi qadağan edilib.