Tanınmış yazıçı restoranda həlak oldu - FOTO

Ukraynanın ən sevimli yazıçılarından biri olan Viktoriya Amelina Rusiyanın Kramatorsk şəhərində pizza restoranına raket hücumu nəticəsində həlak olub.

Telexeber.az BBC-yə istinadən xəbər verir ki, gənc yazar müharibə cinayətləri ilə bağlı araşdırmalar aparması ilə də tanınıb. Qeyd edək ki, Kramatorsk şəhəri Ukraynanın nəzarəti altındadır. Lakin şəhər Rusiyanın işğal etdiyi ərazilərə çox yaxındır.


Rusiyanın hücumu zamanı 37 yaşlı Amelina kolumbiyalı yazıçı və jurnalistlərlə birlikdə şəhərin məşhur restoranlarından biri olan “Ria Lounge”də nahar edirmiş. Hücum nəticəsində 13 nəfər həlak olub, 60-a yaxın adam yaralanıb.
Популярный ролик