Türkiyənin Avropa Birliyinə üzv olmaq hədəfini dəstəkləyirəm - Stoltenberq
Facebook
Вконтакте
Одноклассники
Google+

“Türkiyənin Avropa Birliyinə üzv olmaq hədəfini dəstəkləyirəm”.
Telexeber.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, NATO hərbi alyans olaraq İsveçin NATO-ya daxil olması üçün çox çalışır. “Biz İsveçin mümkün qədər tez üzv olması üçün çox çalışırıq” - Stoltenberq deyib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılıq verməsi üçün şərt irəli sürüb.
O deyib: “Əvvəlcə gəlin Türkiyənin Avropa Birliyinə üzv olması üçün problemləri aradan qaldırın, sonra Finlandiyaya yol açdığımız kimi İsveçin də NATO-ya üzv olmasının yolunu açaq”.