NATO liderləri Rusiyanın "qulağının dibində" - Sammit başladı
Facebook
Вконтакте
Одноклассники
Google+

Litvanın paytaxtı Vilnüsdə dövlət və hökumət başçılarının iştirak etdiyi NATO Sammiti başlayıb.
Telexeber.az xəbər verir ki, sammit liderlərin ailə fotosu çəkməsi ilə başlayıb. NATO-nun baş katibi Stoltenberq açılış nitqində bildirib ki, sammitdə daha güclü müttəfiqlik üçün mühüm qərarlar qəbul ediləcək. Liderlər İsveçin NATO-ya üzvlük prosesini, Ukrayna-Rusiya müharibəsini və NATO-nun yeni hərbi planlarını müzakirə edəcəklər.
Qeyd edək ki, Vilnus Rusiyadan 300 kilometr məsafədə yerləşir. Sammitin təhlükəsizliyi üçün əraziyə hava hücumundan müdafiə sistemləri yerləşdirilib.