Ukrayna Türkiyəyə üzən gəmiyə hücum etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Ukrayna Qara dənizdə Rusiyanın mülki nəqliyyat gəmilərinə PUA ilə hücum edib.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib. O bildirib ki, Kiyev rejimi Qara dənizin cənub-qərbində İstanbula üzən Rusiyanın mülki nəqliyyat gəmilərinə 3 PUA ilə hücum edib.
Pilotsuz dəniz vasitələrinin vaxtında aşkarlandığını qeyd edən Konaşenkov, bu vasitələrin nəqliyyat gəmilərini müşayiət edən Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri tərəfindən məhv edildiyini bildirib.