Belarus helikopterləri Polşa ərazisinə daxil oldu - NATO-nun şərq cinahında gərginlik
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarusun iki hərbi helikopterinin Polşanın hava məkanını pozması Varşava və NATO-nun şərq cinahını hədəf alan təxribatdır.
Telexeber.az xəbər verir ki, Polşa müdafiə nazirinin müavini Vojciech Skurkievicz belə açıqlama verib. O bildirib ki, Belarusun iki helikopteri Bialovieza bölgəsində Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Varşavanın NATO qərargahına məlumat verdiyini bildirən Skurkievicz, Polşa Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin iclas keçirdiyini bildirib. Voyciech Skurkievicz, görüş nəticəsində Belarus sərhədində əsgərlərin sayının artırılmasına və bölgəyə əlavə hərbi helikopterlərin göndərilməsinə qərar verildiyini vurğulayıb:
"Bu, Varşavanı və NATO-nun şərq cinahını hədəf alan təxribatdır. Bunlar baş verməməli olan vəziyyətlərdir, lakin biz şərq sərhədimizdə rəqiblərimizin kim olduğunu bilirik. Bu, tamamilə təhlükəli vəziyyətdir. Əgər belə hallar baş verərsə və gərginləşərsə, o zaman hərəkətlərimiz potensial təhdidlərə uyğun olacaq”.