Türkiyə Ali Hərbi Şuranın iclası keçirildi
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.
Telexeber.az xəbər verir ki, iclas 3 saat davam edib. Məlumata görə, iclasda vitse-prezident, nazirlər və hərbi rəsmilər iştirak edib. Bildirilir ki, iclasda bir sıra məsələlər həmçinin yeni qərargah rəisinin kim olacağı müzakirə edilib. Yeni qərargah rəsinin adı hələlik elan edilməsə də yerli media 3 şəxsin namizədliyini qeyd edir.
Baş qərargah rəisi ola biləcək şəxslər arasında 2-ci Ordu Komandanı General Metin Gürak, 1-ci Ordu Komandanı General Əli Sivri və 2-ci Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun adları qeyd edilir.