Baydeni sosial şəbəkədə təhdid edən şəxs öldürüldü - FOTO

ABŞ-də prezident Co Baydeni feysbuk hesabında təhdid edən Kreyq Robertson adlı şəxs öldürülüb.

Telexeber.az "Fox News"a istinadən xəbər verir ki, Robertson "Baydenin Yutaya gəldiyini eşitdim. Mən M24 snayper tüfənginin tozunu təmizləyirəm. Bəlkə də Yuta bu həftə snayperin Baydeni vurduğu yer kimi məşhur olacaq" deyə mesaj yayımlayıb.


Bundan sonra isə Federal Təhqiqat Bürosu onun evinə hücum edib və o,öldürülüb. Hadisənin detalları barədə heç bir məlumat verilməyib.
Популярный ролик