Putin qisas mesajı vermişdi - Çox sayda ölü və yaralı var

Ukraynanın Xerson vilayətinin Rusiya tərəfindən bombardman edilməsi nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Telexeber.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukraynanın Krım körpüsünə hücumlarından sonra qisas mesajı verən Putin Ukraynanın bombalanması əmrini verib. Xerson qubernatoru Oleksandr Prokudin bildirib ki, Rusiya hücum zamanı Xerson vilayətinin Xerson, Veletenske, Zolota Balka, Stanislav, Komışanı və Şıroka Balka şəhərlərini hədəf alıb.


Qeyd edək ki, Ukrayna ordusu Krım körpüsünə və Moskvaya hücumları intensivləşdirib.
Популярный ролик