Ukraynalı vəzifəli şəxs Ermənistanda faciəvi şəkildə öldü - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko Göyçə gölündə boğulub.
Telexeber.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb. Qeyd olunub ki, növbətçi xilased icilər sahildən 25 metr aralıda göldə bir nəfərin itdiyini görüblər.
Xilasedicilər həmin şəxsi sudan çıxarıblar. Təcili yardım gələndə onun öldüyünü təsdiqləyib.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, Sençenko 2022-ci ildən Ermənistanda diplomatik xidmətdədir.