Toy etməyə hazırlaşan məşhur bloger qəzada öldü - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial media fenomeni Burak Can Taşan motosikletlə düşdüyü qəzada həyatını itirib.
Telexeber.az türk mediasına istinadən bildirir ki, qəza Türkiyənin Adana bölgəsində baş verib. 23 yaşlı məşhur fenomen qəzadan sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sosial şəbəkələrdə 83 min izləyicisi olan Burak paylaşdığı motosiklet videoları ilə məşhur idi. Onun sevgilisinə yeni evlilik təklif etdiyi, yaxında toylarının olacağı bildirilib.