Zelenski Reznikovu vəzifəsindən uzaqlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski Oleksi Reznikovu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini və onun yerinə Rustem Umerovun təyin edilməsini təklif etdiyini bildirib.

Telexeber.az xəbər verir ki, bu barədə Zelinski teleqram kanalında videomüraciətində deyib.


"Ukraynanın müdafiə nazirini dəyişdirmək qərarına gəldim. Hesab edirəm ki, nazirliyin həm ordu, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. Nazirliyə Rustem Umerov rəhbərlik etməlidir. Ukrayna Ali Radası bu şəxsi yaxşı tanıyır və onun əlavə təqdimata ehtiyacı yoxdur. Parlamentin onun namizədliyini dəstəkləyəcəyini gözləyirəm”, - deyə dövlət başçısı qeyd edib.
Популярный ролик