Kadırovun ölüm xəbəri yayıldı

Çeçenistan lideri Ramzan Kadırovun Moskvada vəfat etdiyi iddia olunub.

Telexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə çeçen əsilli müxalifət fəalı Abubakar Yanqulbayev Teleqramda məlumat paylaşıb.


“Kreml və Vnukovo hava limanından bir-birinin ardınca iki helikopter havaya qaldırıldı”, - deyə o bildirib.

Eyni zamanda Moskva Mərkəzi Xəstəxanasının qarşısında qəribə vəziyyətin hökm sürdüyü deyilib.

Oraya Kadırovun dostlarının bahalı avtomobillərlə gəldiyi barədə məlumatlar yayılır.
Популярный ролик